FHN-in yeniyetmə karateçiləri “Olimpiya ümidləri” turnirində uğurla çıxış ediblər
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin (FHN İSM) təmsilçiləri də uğurla çıxış ediblər.

FHN-in azsport.az saytına verilən məlumata görə , 67 komandanın heyətində 800-dən çox idmançının mübarizə apardığı yarışda İSM-in nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun üzvləri də çıxış ediblər.

FHN-in komandası beynəlxalq turnirdə İSM-in məşqçi-müəllimi Coşqun Sadıqovun rəhbərliyi ilə yüksək nəticələr göstərib. Komandanın üzvlərindən Altay Hüseynli (40 kq), Seyidəli Fəttahlı (28 kq), Hüseyn Əzizov (23 kq) və Nərmin Əhmədova (35 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Zamiq Əliyev (28 kq), Əli Əliyev (35 kq), Məryəm Bayramova (30 kq) gümüş, Əli Səfərov (30 kq) və Arif Salayev (35 kq) bürünc medallarla kifayətlənməli olublar.

Xəbər 708 dəfə oxundu.