Azərbaycan çempionatına yeni voleybol komandası qatılacaq
Azərbaycan çempionatına yeni voleybol komandası qatılacaq.

“Azərreyl” klubunun tərkibində kişilərdən ibarət komanda da yaradılıb.

2019/2020 mövsümündə “dəmiryolçular” tək qadınların Super Liqasında deyil, kişilərin Yüksək dəstəsində də mübarizə aparacaq.

“Azərreyl” həmişə olduğu kimi, milliyə voleybolçu yetişdirməyi hədəfləyib. Bu səbəbdən də kişilərdən ibarət komanda əsasən gənclərdən təşkil ediləcək. Artıq kollektivin baş məşqçisi ilə də müqavilə imzalanıb. Yeni mövsümdə “dəmiryolçular” “Lokomotiv”lə uğur qazanmış gənc mütəxəssis Xanlar Ələkbərova həvalə edilib.

Qeyd edək ki, "Azərreyl"in loqosunda da dəyişiklik olub. Komanda 2019/2020 mövsümünə yeni emblemlə başlayacaq.

Xəbər 879 dəfə oxundu.