Hemilton Şumaxerin çoxdankı rekordunu təzələyib
Rusiya Qran-Prisinin qalibi olan “Mercedes” komandasının pilotu Luis Hemilton 18 il ərzində Mixail Şumaxerə məxsus rekordu təzələyib.

2001-ci il Belçika Qran-Prisi zamanı Şumaxer liderlik etdiyi yürüşlərin sayına görə Ayrton Sennanı üstələmişdi. Karyerasının sonunda almaniyalı tərəfindən müəyyən edilən oriyentir 142-dək artmışdı.

Dünən, sentyabrın 29-da Hemilton bu nailiyyəti üstələdi. Soçi yürüşü britaniyalının liderlik etdiyi 143-cü mərhələ oldu.

Rusiya Qran-Prisindəki qələbəsindən sonra Hemilton komanda yoldaşı Valtteri Bottasla arasındakı məsafəni 73 xaladək artırıb. Şəxsi hesabda üçüncü yerdə olan “Ferrari”nin pilotu Şarl Lekler liderdən 107 xal geridədir.

Hemiltonun hesabında ümumilikdə mövsüm ərzində 9, karyerası boyunca isə 82 qələbə var.

Xəbər 704 dəfə oxundu.