Bakıda kompakt-sportinq üzrə keçirilən Qran-Pri turnirinin qalibləri müəyyənləşib
Sentyabrın 27-də Novxanı Atıcılıq Mərkəzində start götürən kompakt-sportinq üzrə Qran-Pri turniri başa çatıb.

3 gün davam edən turnirdə 200 hədəfə atış yarışlarında ən yüksək nəticə göstərən Azərbaycan komandası qalib olub. Qazaxıstan atıcıları ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.

Qeyd edək ki, Qran-Pridə Azərbaycan komandası ilə yanaşı, Rusiya, ABŞ, Belarus, Küveyt, Litva və Qazaxıstan yığmaları da qüvvələrini sınayıblar.

Xəbər 1043 dəfə oxundu.