Azərbaycan badmintonçusu "Maldives International Challenge 2019" turnirində iştirak edib
Maldiv Respublikasının paytaxtı Male şəhərində "Maldives International Challenge 2019" turnirinə yekun vurulub.

Kişilərin şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Edi Reski Dviçayo, 1/32 finalda Xorvatiya badmintonçusu Zvonimir Durkinyakla qarşılaşıb. İki set davam edən qarşılaşmada batmintonçumuz xorvatiyalı rəqibinə 0:2 (11-21,14-21) hesabı ilə məğlub olub.

Xəbər 749 dəfə oxundu.