Rəqibin sparrinq rəqibləri müəyyənləşib
Qadın həndbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığması hazırlıq proqramını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, rəqibimiz qrup mərhələsinin son 2 oyunundan öncə beynəlxalq turnirə qatılacaq.

Belə ki, mayın 21-də bir araya gələcək komanda 2 gün sonra Türkiyəyə səfər edəcək. Antalyada onlar ev sahibləri ilə yanaşı (24 may), Braziliya (25 may) və İsveçlə (26 may) güclərini yoxlayacaqlar. Mayın 27-də yenidən Belarusa dönəcək yığma 3 gün sonra Almaniya ilə rəsmi oyuna çıxacaq. İyunun 3-də isə onlar macarlarla qarşılaşacaqlar.

Qeyd edək ki, Belarus həndbolçuları Azərbaycan yığmasına hər 2 oyunda qalib gəlib. Hələ də xal üzünə həsrət qalan Rəfiqə Şabanovanın yetirmələrinin də, onlar kimi Macarıstan və Almaniya ilə matçları qalıb.

Xəbər 1326 dəfə oxundu.