Azərbaycan Premyer Liqası: “Sabah” bu mövsümdə ilk qələbəsini qazanıb | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-ci turun növbəti oyunu keçirilib. Turun üçüncü matçında "Sabah" öz meydanında “Səbail" komandasını qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 78-ci dəqiqədə Coşqun Diniyev açıb. İkinci qolu 85-ci dəqiqədə Cavid İmamverdiyev vurub. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Şakir Seyidov qoyub. Cari çempionatda ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdıraraq sonuncu yerdən uzaqlaşıb. "Səbail" isə 10 xalla ikinci pillədə qalıb. Xatırladaq ki, həftənin ilk iki matçında "Qarabağ" "Sumqayıt"ı məğlub edib (2:0), "Qəbələ" isə öz meydançasında "Neftçi"yə böyük hesabla uduzub (0:3). Tura hazırda davam edən "Keşlə" - "Zirə" oyunu ilə yekun vurulacaq. Qarşılaşmanın birinci hissəsində hesab açılmayıb. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|