“Qala” çempion oldu | |
Bu gün kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin 4-cü görüşü keçirilib. İdman.com.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Araz” və “Qala” arasında baş tutan növbəti matçla ölkənin ən güclüsünün adı müəyyənləşib. 3 qələbəyədək davam etməli olan final seriyasında 2:1 hesabı ilə rəqibini qabaqlayan Elxan Əliyevin komandası, mövsümdə son nöqtəni qoyublar. Onlar Azərbaycan birinciliyinin son qızıl mükafatçılarını 82:75 hesabı məğlub edərək, çempion titulunu yenidən “Araz”dan alıblar. Qeyd edək ki, ilk matçda “Araz” 100:85 hesabı ilə qalib gəlsə də, ikinci oyunda 79:83, ardınca isə 82:90 hesabı ilə uduzmuşdu. |
|
Xəbər 1073 dəfə oxundu. |
|
|