Azərbaycan güləşçiləri Rusiyada iki medal qazanıblar
Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən güləşçilərdən ikisi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıblar.

Xəbər 804 dəfə oxundu.