“Qarabağ”ın Azərbaycan Premyer Liqasında məğlubiyyətsizlik seriyası davam edir
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turuna start verilib.

Həftənin açılış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub - 2:0.

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qarabağ” xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 6 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun qalan 3 oyununda “Qəbələ” “Neftçi”ni, “Sabah” “Səbail”i, “Keşlə” isə “Zirə”ni qəbul edəcək.

Xəbər 734 dəfə oxundu.