Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb
Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Dünyanın 161 yığmasının yer aldığı cədvəldə milli komandamız 75-ci yerdə qərarlaşıb. Yığmanın hesabında 1345 xal var.

Komandamız sonuncu dəfə bu ilin iyulunda açıqlanan FİFA reytinqi ilə müqayisədə 1 pillə irəliləyib. Milli Qazaxıstanı arxada qoyub.

Qeyd edək ki, siyahıya ABŞ (2180), Almaniya (2064) və Hollandiya (2036) yığmaları başçılıq edir.


Xəbər 751 dəfə oxundu.