“Avro 2020”: Bakı Könüllülər Proqramının səfiri müəyyənləşib
Bakı Olimpiya Stadionunda futbol üzrə “Avro 2020”nin Bakı Könüllülər Proqramının səfirinin təqdimatı keçirilib.

Səfir tanınmış videoblogger və aktyor Taleh Yüzbəyovdur. Proqramın səfiri olaraq T.Yüzbəyov könüllülərlə bağlı müxtəlif tədbirlərdə, oktyabrdan etibarən ali məktəb tələbələri ilə keçirləcək silsilə görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, “Avro 2020”nin Könüllülər Proqramının səfiri ilə bağlı UEFA-nın əsas tələblərindən biri həmin şəxsin sosial mediada fəal və geniş ictimaiyyət tərəfindən tanınmış olmasıdır.

Xəbər 729 dəfə oxundu.