Məhəllə idman növləri üzrə paytaxtda keçiriləcək yarışlarla bağlı müzakirələr aparılıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan Məktəb İdmanları Federasiyası arasında imzalanmış niyyət protokoluna əsasən, keçirilməsi nəzərdə tutulmuş məhəllə idman növləri üzrə məktəblər arasında Bakı şəhər turniri, eləcə də qızlar və oğlanlar arasında stritbol, stolüstü tennis, atletika, şahmat, dama, oğlanlar arasında məhəllə futbolu yarışlarının təşkilinə dair sentyabrın 26-da geniş müzakirələr aparılıb.

Baş İdarənin sektor müdiri Samir Salehov, Azərbaycan Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyev yeni turnir haqqında ətraflı məlumat verib. Rayon və şəhər (final) mərhələləri üzrə keçiriləcək yarışların qrafikinin qısa müddətdə hazırlanaraq təsdiq olunması rayon gənclər və idman idarələrinə tapşırılıb.

Tədbir iştirakçıları yarışların əsasən yeniyetmə məktəblilərin asudə vaxtının səmərəli təşkili, onlar arasında idmanın kütləviliyinin təmin olunması, o cümlədən məktəblilərin dostluq əlaqələrinin yaradılması ilə yanaşı, idmanda rəqabətin güclənməsində də mühüm rol oynadığını vurğulayıblar.

Xəbər 735 dəfə oxundu.