«Mançester Siti» «Barselona» və «Real» kimi xərcləməlidir
«Mançester Siti»nin baş məşqçisi Roberto Mançini komandanın daima heyəti gücləndirməli olduğunu söyləyib: «Barselona» və «Real» hər il 2-3 oyunçu alır və çox pul xərcləyir. «Mançester Siti»də də belə olmalıdı. Biz artırmalıyıq. Çempionlar Liqasında və Premyer Liqada uğurlu oynamaq üçün heyəti gücləndirmək lazımdır. Bu yarışlarda uğurlar üçün yaxşı komanda lazımdı. Bunu psixoloji planda da etmək gərəkdir. İnanıram ki, elə bu cür də olacaq. Biz inkişafın yeni mərhələsinə çıxmışıq. Lakin Çempionlar Liqası üçün daha çox etmək lazımdır.

Birinci ildə İngiltərə kubokunu qazandıq, ikincidə Premyer Liqanı. Ümid edirəm ki, gələn il Çempionlar Liqasının qalibi olacağıq. Lakin bunun üçün çox şeydə artırmaq gərəkdir».
Bu arada klub transfer istiqamətində fəaliyyətini artırıb. «Arsenal»ın forvardı Robin van Persi və «Lill»in yarımmüdafiəçisi Eden Hazar karyeralarını «Mançester Siti»də davam etdirə bilərlər. «Şəhərlilər» niderlandlı üçün 25 milyon funt ödəməyə hazırdılar. O, keçidə razı olsa, həftəyə 250 min funt alacaq. «Lill»i tərk edəcəyini elan etmiş Eden Hazar üçün də 25 milyon sərf ediləcəyi bildirilir.

İdman.com.az saytının məlumatına görə, «Mançester Siti» hücum xəttinin gücləndirilməsinin alternativ variantı kimi «Napoli»dən Edinson Kavanini və Ezekiel Lavessini nəzərdə tutur. Eləcə də «Atletik»in havbeki Xavi Martinesə, «Milan»ın və «Barselona»nın müdafiəçiləri Tyaqo Silva və Herard Pikeyə də maraq göstərilir.

Xəbər 1244 dəfə oxundu.