AFFA-nın Hakimlər Komitəsinin sədri növbəti təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

Komitə sədri 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus–Norveç oyununun hakim-inspektoru olacaq.

Belarus-Norveç oyunu oktyabrın 11-də Belarusun Jodino şəhərindəki “Torpedo” stadionunda keçiriləcək.

Xəbər 732 dəfə oxundu.