Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci hesabat-seçki konqresi keçirilib
Qətərin paytaxtı Dohada Beynəlxalq Atletika Federasiyasının (BAF) 52-ci hesabat-seçki konqresi keçirilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə konqresdə iştirak ediblər.

Konqres çərçivəsində keçirilən səsvermədə Sebastian Co yenidən BAF-ın prezidenti seçilib. Ümumilikdə səsvermədə iştirak edən 203 üzvün hamısı onun lehinə səs verib.

S.Co BAF-ın yeni seçilən ilk qadın vitse-prezidenti Ximena Restreponu təbrik edib.

Konqresdə, həmçinin İcraiyyə Komitəsinə 13 nəfər yeni üzv də seçilib.

Xəbər 839 dəfə oxundu.