“Dinamo”–“Şkendiya” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Azərbaycanın FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

O, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Matç oktyabrın 2-də Kiyevdə keçiriləcək.

Xəbər 775 dəfə oxundu.