Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçirilib
Heydər Əliyev Mərkəzinin ərazisində AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçirilib.

Tədbirdə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdindəki Daun Sindromlu uşaqların Reabilitasiya Mərkəzinin himayəsində olan və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində təhsil alan şagirdlər üçün kütləvi futbol həftəsi keçirilib.

150 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə “face art”, dj və əyləncəli idman qurğularından istifadə olunmaqla müxtəlif futbol oyunları keçirilib. Tədbirin sonunda festival iştirakçılarına AFFA tərəfindən hədiyyələr təqdim edilib.

Layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Xəbər 762 dəfə oxundu.