Qılıncoynadanımız Zərifə Hüseynova Moskvada üçüncü yeri tutub | |
Azərbaycan qılıncoynadanları Moskvada təlim-məşq toplanışındadır. İkiqat Olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində Maqsud Hüseynli, Saleh Məmmədov, Murad Əkbərov və Zərifə Hüseynova Rusiyanın yeniyetmələrdən ibarət komandası ilə birgə hazırlıq keçirlər. Təlim-məşq toplanışı çərçivəsində yeniyetmə sablyaçımız Zərifə Hüseynova Qılıncoynatma Mərkəzində 2006-cı il təvəllüdlü sablyaçılar arasında açıq turnirə qatılıb. Təmsilçimiz 19 idmançı arasında 3-cü yeri tutub. Sentyabrın 19-da başlayan hazırlıq prosesinə ayın 30-da yekun vurulacaq. Toplanış oktyabrın 19-20-də Moskvada keçiriləcək yeniyetmələrin “European Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 672 dəfə oxundu. |
|
|