Sərbəst və qadın güləşi üzrə yığmalarımız dünya kuboku yarışlarına vəsiqə qazanıblar
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Olimpiadaya lisenziya xarakterli güləş üzrə dünya çempionatında təmsilçilərimiz 6 medal qazanıblar.

Yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc, qadın güləşində Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşdə isə Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş medala sahib olublar. Ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə 5-ci yeri tutub. Olimpiadaya iki çəkidə - qadın güləşində 50, sərbəst güləşdə isə 97 kiloqram çəki dərəcsində lisenziya əldə edilib.

Qadın güləşi komandamız 48 xalla komanda hesabında 8-ci yeri tutub. Bu isə komandamıza noyabrda Yaponiyada keçiriləcək dünya kuboku yarışlarında iştirak hüququ verib. Əlli xalla 7-ci pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə dünya kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.


Xəbər 742 dəfə oxundu.