Badmintonçumuz beynəlxalq turnirdə çıxış edəcək
Bu gün Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Maldivin paytaxtı Maledə keçirilən “Maldives International Challenge 2019” seriyalı turnirdə çıxış edəcək.

Səkkizdəbir final mərhələsində mübarizəyə başlayan badmintonçumuz birinci görüşünü xorvatiyalı Zvonimir Durkinyakla keçirəcək.

Qeyd edək ki, beynəlxalq turnirə 64 badmintonçu qatılıb.

Xəbər 775 dəfə oxundu.