FHN-in əməkdaşı ağır atletika üzrə ölkə kubokunun qalibi olub
Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə pauerliftinq üzrə dünya çempionatına seçmə xarakterli Azərbaycan kuboku turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyindən azsport.az saytına bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışları qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, pauerliftinq üzrə üç hərəkətin cəmində 635 kiloqram və yerdən qaldırmanın deadleft növü üzrə 255 kiloqram nəticə ilə birinci yerə layiq görülüb.

İdmançımız bu nəticə ilə dünya çempionatına vəsiqə qazanıb.
Üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustası Rövşən Xəlilov həm də Azərbaycan çempionu və rekordçusudur.

Xəbər 778 dəfə oxundu.