Xalid Əliyev İsveçin “Satellite” seriyalı turnirdə çıxış edib
Azərbaycan qılıncoynadanı Xalid Əliyev İsveçin Stokholm şəhərində keçirilən “Satellite” seriyalı turnirdə çıxış edib.

Qrup mərhələsində 4 qələbə qazanan şpaqaçımız 1/32 finalda hollandiyalı David Van Nuneni 15:11 hesabı ilə məğlub edib. X.Əliyev onaltıdabir finalda digər hollandiyalı şpaqaçı Tristan Tulenə 6:15 hesabı ilə uduzub.

Qeyd edək ki, şpaqaçımız 122 idmançının yarışdığı turnirdə 23-cü olub.


Xəbər 809 dəfə oxundu.