“Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib
UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın “Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib.

Belçikada keçiriləcək qrup oyunlarında “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan çempionu birinci görüşünü oktyabrın 9-da “Halle Gooik” komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün “Benfika”, oktyabrın 12-də isə “Xerson” ilə üz-üzə gələcək.

Xəbər 717 dəfə oxundu.