Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıblar
Göygöl Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sindo-ryu və pençak silat idman növü üzrə yeniyetmə, gənclər və peşəkarlar arasında keçirilən XIV açıq ölkə birinciliyində Masallı rayonunun idmançıları uğurla çıxış ediblər.

Açıq respublika birinciliyində Masallı idmançısı Kamran Həsənzadə 25 kiloqram çəki dərəcəsində MMA idman növündə fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.

Rayonun digər idmançıları - Əmrah Abışov 60 kiloqram çəki dərəcəsində pençak silat idman növündə ikinci, Allahyar Əhədov isə 25 kiloqram çəki dərəcəsində pençak silat idman növündə üçüncü yeri tutub.

İdmançıları yarışa məşqçi-müəllim Ramiq Məmmədov hazırlayıb.

Xəbər 708 dəfə oxundu.