Azərbaycan-İran oyununda qalib müəyyənləşməyib
Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup 2019” turnirində Azərbaycan millisi ikinci oyununu keçirib.

Komandamız bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Futzalçılarımız turnirdə sonuncu oyununu sentyabrın 25-də Qazaxıstan yığmasına qarşı keçirəcək. Millimiz ilk oyununda Rusiyaya 1:2 hesabı ilə məğlub olub.

Xəbər 753 dəfə oxundu.