Cüdoçumuz Zelim Kotsoyev Daşkənd Qran-Prisində gümüş medal qazanıb
Sentyabrın 22-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

Beynəlxalq yarışın son günü Azərbaycan millisi üçün uğurlu olub. Kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançımız gümüş medala layiq görülüb.

Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Mötəbər yarışın ilk günü qadın cüdoçumuz Leyla Əliyeva Qran-Pridə 2-ci yeri tutub.

Özbəkistanda dünyanın 70 ölkəsindən 421 cüdoçu qüvvəsini sınayıb.


Xəbər 1051 dəfə oxundu.