“Neftçi”nin baş məşqçisi: Psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza təsir edir
Qırmızı vərəqə alanadək yaxşı oyun nümayiş etdirirdik. Buna qədər qorxu da var idi. Tam gücümüzlə irəli atıla bilmirdik.

Bu sözləri “Neftçi” nin baş məşqçisi Roberto Bordin futbol üzər Azərbaycan Premyer Liqanın beşinci turunda “Keşlə” ilə oyundan sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, matçın 34-cü dəqiqəsində Donald Gerye qırmızı vərəqə alandan sonra daha yaxşı oynayıblar: “Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza təsir edir. Hər dəfə neqativ nəysə baş verməlidir ki, komanda ayılsın”.

AZƏRTAC

Xəbər 916 dəfə oxundu.