Yaponiyanın qrup hərəkətləri komandası final yarışlarında qızıl medal qazanıb | |
Yaponiya millisi Bakının ev sahibliyi etdiyi 37-ci dünya çempionatında qrup hərəkətləri komandaları arasında final mərhələsində 5 topla yarışlarda qızıl medal qazanıb. Yaponiyalı gimnastların çıxışı hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub. Altmış bir ölkədən 300-dən artıq gimnastın mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. |
|
Xəbər 768 dəfə oxundu. |
|
|