“Səbail”-“Qəbələ” qarşılaşması heç-heçə başa çatıb
Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib.

"ASCO Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra 4-cü xalını qazanan "Qəbələ" 7-ci pillədə qalıb. "Səbail" isə 10 xalla ikincidir.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" evdə "Sabah"ı məğlub edib 1:0.

Turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də oynanılacaq.


Xəbər 873 dəfə oxundu.