23,5 minə satılan proqram
İngiltərə Kubokunun final matçının proqramı Londonda hərracda 23,5 min funta satılıb. İdman.com.az saytının məlumatına görə, söhbət 1909-cu ildə keçirilmiş finaldan gedir. Bununla da futbol proqramı üçün İngiltərədə ən böyük məbləğ ödənilib. Bundan öncə 2006-cı ildə 1889-cu ilin proqrammı 21,85 min funta satılmışdı.

Hazırkı hərracı «Sobtis» evi keçirirdi. Proqramı hərraca idman atributikası satışı ilə məşğul olan Qreem Badd çıxarıb. Təşkilatçılar «Mançester Yunayted»in populyar brend olması səbəbilə proqramın xaricə satılacağından ehtiyat etsələr də, onu alan britaniyalı kolleksiyaçı olub.

1909-cu ildə İngiltərə Kubokunun finalında «Mançester Yunayted» və «Bistol Siti» qarşılaşmışdılar. Londonun «Kristall Pelas» stadionunda keçirilmiş həmin görüşdə 1:0 hesablı qələbəni mançesterlilər qazanmışdılar. Bu, «Qırmızı şeytanlar» üçün ilk ölkə kuboku finalı idi.

Xəbər 1228 dəfə oxundu.