Bədən Tərbiyəsi və İdman Akademiyasında amputant şəxslər üçün qaçış təlimi keçirilib
Sentyabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycanda aşağı ətrafları amputasiya olunmuş şəxslər üçün qaçış təlimləri keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Almaniyanın “Ottobock” təşkilatı ilə əməkdaşlığı çərçivəsində keçirilən təlimdə almaniyalı mütəxəssis, qaçış üzrə ikiqat paralimpiya çempionu Henrix Papov aşağı ətrafları amputasiya edilmiş şəxslərə xüsusi protez qurğuları vasitəsilə təlim keçib. “Sağlam qaçış” adlı təlimdə biri qadın, biri isə uşaq olan 12 iştirakçı xüsusi idman protezləri sayəsində qaçış üzrə məşq edib, futbol, voleybol və basketbol idman növləri ilə məşğul olublar.

Xatırladaq ki, layihə bundan əvvəl London, Toronto, Sinqapur, Sidney, Vankuver, Malayziya şəhərlərində reallaşdırılıb. Aşağı ətrafı amputasiya olunan şəxslər xüsusi idman protezləri sayəsində qaçış idmanı ilə məşğul olmağı, hətta Paralimpiya Oyunlarına qatılmağı da bacarıblar.

Xəbər 766 dəfə oxundu.