Yaponiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışlarda birinci pillədə yer alıblar | |
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionat davam edir. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda qrup hərəkətləri komandalarının 3 halqa və 2 cüt gürzlə yarışında Yaponiya millisi bütün rəqiblərini qabaqlayıb. Hazırda komandanın aktivində 29,000 xal var. Bolqarıstan komandası 28,800 xalla ikinci, ABŞ isə 25,600 xalla üçüncü pillədə yer alıb. Saat 16:30-da B qrupunda yer alan komandaların çıxışına start veriləcək. Azərbaycan millisi 3 halqa və 2 cüt gürzlə proqramını 12-ci, 5 topla isə proqramını 11-ci nömrə altında təqdim edəcək. Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Altmış bir ölkədən 300-dən artıq gimnast mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. |
|
Xəbər 764 dəfə oxundu. |
|
|