Bir silləyə 8 oyun
İsveçrə «Syon»uunun yarımmüdafiəçisi Ceffri Sereya Di topdaşıyan oğlana sillə vurduğu üçün 8 oyunluq cəza alıb. İdman.com.az saytının məlumatına görə, hadisə «Syon»un «Lozanna»ya məğlub olduğu matçda baş verib. Oyun elit divizionda qalmaq baxımından əhəmiyyət daşıyırdı.

Futbolçu özü uşağın topu çox gec verdiyini bəhanə edərək özünə bəraət qazandırmaq istəyib. Ancaq bu cür izahı qərarverənlər haqlı olaraq onun hərəkatına əsas saymayıblar. Sereya Di 5 gün ərzində bu qərara qarşı rəsmi münasibətini bildirə bilər.

Ağır dövrünü yaşayan «Syon» bu mövsüm UEFA, FİFA və İsveçrə Futbol Federasiyası ilə məhkəmə çəkişmələrindən sonra 36 xalından məhrum edilmişdi.

Xəbər 913 dəfə oxundu.