Zöhrə Ağamirova “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarının B qrupunda yer alan idmançıların çıxışına yekun vurulub.

12 gimnastın mübarizə apardığı qrupda atletlər dörd alət üzrə güclərini sınayıblar. Finalda mübarizə aparan təmsilçimiz Zöhrə Ağamirova 78,728 xalla ümumi sıralamada dördüncü olub.

A qrupunda daha 12 idmançı çıxış edəcək. Reqlamentə görə, çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya qazanırlar. A qrupunun nəticəsində asılı olmayaq gimnastımız Z.Ağamirova “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 753 dəfə oxundu.