Karateçilərimiz İranda "Urmia Open" beynəlxalq turnirinə qatılıblar
Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə qatılıblar.

Yarışda Əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır. 20-22 sentyabr tarixlərində keçirilən "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fəxri qonaq kimi turnirə dəvət olunub. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov isə yarışı idarə edən referilər arasındadır.

Xəbər 783 dəfə oxundu.