Sabah Azərbaycanda “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı start götürəcək | |
Sentyabrın 20-də “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı start götürəcək. Sentyabrın 28-dək davam edəcək festivalda İrandan 9, Rusiya və İspaniyanın hər birindən 2, Ukrayna, Viyetnam, Özbəkistan, İordaniya, Almaniya və ABŞ-dan 1 şahmatçı iştirak edəcək. Ölkəmiz festivala 208 şahmatçı ilə qatılacaq. Festival Novxanı qəsəbəsindəki “Spring” oteldə, uşaq turniri isə Respublika Şahmat Mərkəzində keçiriləcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. |
|
Xəbər 723 dəfə oxundu. |
|
|