Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir | |
Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə start veriləcək. Gün ərzində 24 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Görüş saat 20:55-də başlayacaq. Bu qrupun digər oyununda Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandaları üz-üzə gələcəklər. Turnirin digər oyunları aşağıdakılardır: B qrupu: “Dinamo” (Kiyev, Ukrayna) – “Malmö” (İsveç), “Kopenhagen” (Danimarka) – “Luqano” (İsveçrə). C qrupu: “Bazel” (İsveçrə) – “Krasnodar” (Rusiya), “Xetafe” (İspaniya) – “Trabzonspor” (Türkiyə). D qrupu: “PSV Eyndhoven” (Hollandiya) – “Sportinq” (Portuqaliya), LASK (Avstriya) – “Rusenborq” (Norveç). E qrupu: “Renn” (Fransa) – “Seltik” (Şotlandiya), “ÇFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya). F qrupu: “Ayntraxt” (Almaniya) – “Arsenal” (İngiltərə), “Standard Liq” (Belçika) – “Vitoriya” (Portuqaliya). G qrupu: “Portu” (Portuqaliya) – “Yanq Boyz” (İsveçrə), “Reyncers” (Şotlandiya) – “Feyenoord” (Hollandiya). H qrupu: “Ludoqorets” (Bolqarıstan) - MOİK (Rusiya), “Espanyol” (İspaniya) – “Ferentsvaroş” (Macarıstan). I qrupu: “Volfsburq” (Almaniya) – “Aleksandriya” (Ukrayna), “Gent” (Belçika) – “Sent-Etyen” (Fransa). J qrupu: “Roma” (İtaliya) – “İstanbul Başakşehir” (Türkiyə), “Borussiya” (Mönxenqladbax, Almaniya) – “Volfsberq” (Avstriya). K qrupu: “Vulverhempton” (İngiltərə) – “Braqa” (Portuqaliya), “Slovan” (Slovakiya) – “Beşiktaş” (Türkiyə). L qrupu: “Mançester Yunayted” (İngiltərə) – “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya) - AZ (Alkmaar, Hollandiya). Qeyd edək ki, A, B, C, D, E və F qruplarındakı oyunlar Bakı vaxtı ilə saat 20:55-də, G, H, I, J, K , L qruplarının görüşləri isə saat 23:00-da başlayacaq. |
|
Xəbər 772 dəfə oxundu. |
|
|