U-17 millimiz belaruslu həmyaşıdları ilə qarşılaşacaq
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olacaqlar. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.

Komandalar arasında sentyabrın 21-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim Tural Qurbanov olacaq.

Xəbər 637 dəfə oxundu.