UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinici turu yekunlaşıb | |
Sentyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turuna yekun vurulub. İkinci oyun gününün mərkəzi qarşılaşması Fransada oynanılıb. “Paris Sen-Jermen” öz meydanında İspaniyanın “Real Madrid” klununu qəbul edib. Görüş parislilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. A qrupunun digər oyunu “Brügge” (Belçika) və “Qalatasaray” (Türkiyə) komandaları arasında baş tutub. Qarşılışqlı hücumların müşahidə olunduğu görüşdə hesab açılmayıb. Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: A qrupu: “Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) - 0:0, “Paris Sen-Jermen” (Fransa) - “Real Madrid” (İspaniya) - 3:0. B qrupu: “Olimpiakos” (Yunanıstan) - “Tottenhem” (İngiltərə) - 2:2, “Bavariya” (Almaniya) - “Srvena Zvezda” (Serbiya) - 3:0. C qrupu: “Dinamo Zaqreb” (Xorvatiya) - “Atalanta” (İtaliya) - 4:0, “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 0:3. D qrupu: “Atletiko Madrid” (İspaniya) - “Yuventus” (İtaliya) - 2:2, “Bayer Leverkuzen” (Almaniya) - “Lokomotiv” (Rusiya) - 1:2. Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|