Azərbaycan və Fransa yığmaları dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar
Azərbaycan və Fransa yığmaları Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar.

Hər iki komandanın hesabında 119,900 xal var və yığmalar 18-19-cu yerləri bölüşürlər.

Komanda hesabına 164,800 xalla Rusiya millisi başçılıq edir.
Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Xəbər 774 dəfə oxundu.