Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində daha səkkiz qarşılaşma keçiriləcək
Sentyabrın 18-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində daha səkkiz oyun keçiriləcək.

Qrup mərhələsinin birinci turunun ikinci oyun günündə A, B, C və D qruplarında aşağıdakı qarşılaşmalar oynanılacaq:

A qrupu:

“Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə),

“Paris Sen-Jermen” (Fransa) - “Real Madrid” (İspaniya).

B qrupu:

“Olimpiakos” (Yunanıstan) - “Tottenhem” (İngiltərə),

“Bavariya” (Almaniya) - “Srvena Zvezda” (Serbiya).

C qrupu:

“Dinamo Zaqreb” (Xorvatiya) - “Atalanta” (İtaliya),

“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə).

D qrupu:

“Atletiko Madrid” (İspaniya) - “Yuventus” (İtaliya),

“Bayer Leverkuzen” (Almaniya) - “Lokomotiv” (Rusiya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Xəbər 765 dəfə oxundu.