Şahmatçılarımız dünya kubokunun səkkizdəbir finalında üz-üzə gələcək
Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.

Xəbər 730 dəfə oxundu.