Mini futbol üzrə “Xalqlar dostluğu” Kuboku Tümendə oynanılacaq
Tümen vilayətinin milli təşkilatları arasında “Xalqlar dostluğu” Kuboku uğrunda mini futbol üzrə şəhər turniri sentyabrın 28-29-da təşkil olunacaq. Oyunlar Tümen Sənaye Universitetinin bazasında keçiriləcək. Bu barədə gənclər siyasəti və idman üzrə şəhər departamenti bildirir.

“Xalqlar dostluğu” Kuboku uğrunda Azərbaycan, Tacikistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin təmsilçiləri mübarizə aparacaq. Yarışlarda 16 yaş və ondan yuxarı idmançılar iştirak edəcəklər.

AZƏRTAC

Xəbər 712 dəfə oxundu.