Futzalçılarımızın rəqibi olan Rusiya yığması təlim-məşq toplanışına başlayıb
Sentyabrın 22-dən 25-dək təşkil olunacaq “Caspian Cup 2019” futzal turnirində Azərbaycan millisinin ilk rəqibi olacaq Rusiya yığması təlim-məşq toplanışına başlayıb.

Baş məşqçi Sergey Skoroviç hazırlıq prosesinə Georgi Zamtaradze, Dmitri Putilov, Nikoay Balaşov, Danil Davıdov, Andrey Afanasov, Nikolay Şisterov, Dmitri Lıskov, Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov, Sergey Abramov, Valeri Demin, Artem Antoşkin, İvan Milovanov, Ruslan Kudziev və Rişat Kotlyarovu dəvət edib.


Xəbər 733 dəfə oxundu.