FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında “Vl Koreya Səfiri Kuboku” yarışları keçirilib.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzindən azsport.az saytına bildiriblər ki, yarışlara Bakı, Sumqayıt və respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən çox idmançı qatılıb. Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru, Avropa çempionu Elvin Məmmədovun rəhbərliyi altında iştirak edib.

Yarışlarda uğurlu çıxış edən mərkəzin taekvondoçusu Eltac Qafarov 68 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisi ilə görüşərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Xəbər 1087 dəfə oxundu.