Didye Droqba: «Finalı «Çelsi» tarixinin ən böyük anı edəcəyik»
«Çelsi»nin forvardı Didye Droqba «Bavariya» ilə qarşıdakı final oyununa xüsusi dəyər verir. İdman.com.az saytının məlumatına görə, o qələbə qazanacaqlarına inanır:

2008-ci ilin Moskva finalındakı məğlubiyyətdən sonra biz düşünürdük ki, növbəti mövsüm Çempionlar Liqasının finalına düşə biləcəyik. Lakin bu, Çempionlar Liqasıdır və onun finalına çatmaq olduqca çətindi. Bu, bir daha sübut edir ki, biz builki uğuru haqq etmişik. Mən indi keçmiş haqqında danışmaq istəməzdim.

Çünki indi əhəmiyyətli anlar yaşayırıq. Biz çalışacağıq ki, Finalı «Çelsi» tarixinin ən böyük anı edək. Mən «Çelsi»də çox oyun keçirmişəm. Lakin «Bavariya» ilə qarşıdakı oyun xüsusi matç olacaq. Axı biz yalnız ikinci dəfədi ki, Çempionlar Liqasının finalına çıxmışıq».

Xəbər 1151 dəfə oxundu.