Gimnastlarımız dünya kuboku yarışlarında gümüş medal qazanıblar
Portuqaliyanın paytaxtı Lissabonda akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

12 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil ediblər.

Gimnastlarımız final çıxışlarında 29.500 xal toplayaraq turnirin gümüş medalına sahib olublar.

Xəbər 716 dəfə oxundu.