Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazanıblar
Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda keçirilən XXII “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın 16-17 yaşlı üzvlərindən Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (59 kq), həmçinin 21 yaşadək gənclərdən Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da gücünü sınayan M.Hacızadə (+84 kq) gümüş, 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (55 kq), Tale Yaqubov (68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (67 kq) və Fidan Teymurova (50 kq) bürünc medallara sahib olublar.

Ənənəvi “Budapeşt Open” turnirinə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış və sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində keçiriləcək daha bir beynəlxalq turnir oktyabrın sonunda Çilidə keçiriləcək dünya çempionatına sınaq məqsədi daşıyır.


Xəbər 753 dəfə oxundu.