Azərbaycan Premyer Liqası: “Səbail” “Keşlə”ni məğlub edib
Sentyabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.

“Bakcell Arena”da keçirilən görüşdə "Keşlə" klubu "Səbail"i qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. "Səbail"in hər iki qolunu Mirabdulla Abbasov vurub. "Keşlə"dən isə Lorenzo Frutos fərqlənib.

Xəbər 766 dəfə oxundu.